Barcelona-da yeni müqavilə
Barcelona müdafiəçisi Serxi Roberto ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, ispan futbolçu ilə 2024-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. 31 yaşlı oyunçuya 400 milyon avro qiymət qoyulub.
Qeyd edək ki, S.Roberto Barcelona-nın yetirməsidir. O, 2006-cı ildən komandadadır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 23 oyuna çıxıb, 3 qol vurub və eyni sayda qolun ötürməsini verib.