"Futbolçularımız Qarabağ-la oyunları səbrsizliklə gözləyirlər" - Linfield-in baş məşqçisi
“Futbolçularımız paltardəyişmə otağında dediklərimizi meydanda yaxşı icra edirlər. Onlar Qarabağ-la oyunları səbrsizliklə gözləyirlər”.
Goal.az xəbər verir ki, bunları UEFA Avropa Liqasının pley-off mərhələsində Qarabağ-la qarşılaşacaq Şimali İrlandiyanın Linfield komandasının baş məşqçisi Devid Hili deyib.
Qırx yaşlı mütəxəssis bildirib ki, komandası üçün çətin olacaq: “Növbəti həftə klub və futbolçularımız üçün böyük oyun oynaya biləcəyimiz üçün çox şadam. Əlbəttə, asan olmayacaq. Ancaq biz hər dəqiqədən həzz alaraq oynayacağıq”.
Qeyd edək ki, Qarabağ pley-off mərhələsinin ilk oyununu avqustun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.(report)