14/08/2019
13:34
1136
| A A A
"Oyunçu kimi qazandığım uğurları indi də məşqçi kimi qazanmaq istəyirəm" - Lempard

Chelsea-nin baş məşqçisi Frenk Lempard Liverpool-la keçiriləcək UEFA Super Kubokunun oyunu öncəsi açıqlama verib.

Goal.az xəbər verir ki, ingilis çalışdırıcı öz açıqlamasında komandasının göstərdiyi oyun haqda söz açıb.

"Mənim komandadan istəyim onların çevik və yaranmış hər cür situasiyaya adaptasiya olmalarıdır. Bir oyun ərzində oyunçular bir-iki ideya üstündə qalmalı deyillər. Bu baş verərsə, rəqib komanda səninlə istədiyi kimi oynaya bilər.

Hazırda komanda tam hazır deyil. Oyunçularımın mənim oyun fəlsəfəmə günü-gündən öyrəşmələri lazımdır.

Oyunçuların oyunu məşqlərdən asılıdır. Onlar yaxşı məşq etsələr, yaxşı da nəticələr əldə edəcəyik. 

Mən Chelsea-nin oyunçusu olduğum zamanlar komandada zəif məşq edənləri həvəsləndirirdik. Biz onlardan daha güclü olmalarını istəyirdik. Bu bizi komanda kimi daha da güclü edirdi.

Mən Chelsea-yə keçdiyim ilk gündən Chelsea mənim bir hissəm oldu. Bəzən keçmişə baxan zaman keçdiyimiz möhtəşəm yolları xatırlayıram. Oyunçu kimi qazandığım uğurları indi də məşqçi kimi qazanmaq istəyirəm. Bunu bacaracağıma inanıram".

Qeyd edək ki, Liverpool - Chelsea matçı bu gün saat 23:00-da başlayacaq.
money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs