25/05/2020
13:36
1057
| A A A
Liverpool-un qapıçısı Bundesliqaya keçir

Bir müddət əvvəl Beşiktaş-la icarə müqaviləsinə xitam verən, Liverpool-a məxsus olan Loris Karius karyerasını vətəni Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçilərindən Herta və Hamburg onunla yaxından maraqlanır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə Beşiktaş-dan ayrılan qolkiperin Liverpool-a qayıtmaq istədiyi, lakin Premyer Liqa nəhənginin onu heyətində görmək istəmədiyi diqqətə çatdırılıb. Məhz bu üzdən Almaniya klubları 27 yaşlı qapıçını heyətinə qatmaq üçün danışıqlara başlayıb. Herta-nın bu transferdə bir addım öndə olduğu da vurğulanıb. Bunun səbəbi isə klub rəhbərliyinin Liverpool-dakı həmkarları ilə yaxın münasibətə malik olmasıdı.

Qeyd edək ki, Kariusun Liverpool-la müqaviləsi 2022-ci ilin yayına qədərdi. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8582 səs