Neftçi ilk oyunda sülhə razılaşdı
Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz Neftçi turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Goal.az xəbər verir ki, paytaxt klubu evdə Finlandiya HJK-i ilə qarşılaşır. "Bakcell Arena"da keçirilən oyun 21:00-da başlayıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində Fenerbahçe (Türkiyə) ilə üz-üzə gələcək.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi
Neftçi (Azərbaycan) - HJK (Finlandiya) - 2:2
Qol: Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Emin Mahmudov, 80 (2:2)