04/08/2021
16:31
1965
| A A A
Yuri Syominin yeni komandası müəyyənləşib

Rusiyanın "Rostov" komandasının yeni baş məşqçisi bəlli olub.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Yuri Syomin təyinat alıb. 74 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Təcrübəli baş məşqçi Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpini əvəzləyib.

Qeyd edək ki, son klubu Moskva "Lokomotiv"i olan Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.(report)