20/09/2021
20:30
2045
| A A A
De Xea 7 illik uğursuzluğa son qoydu

Manchester United İngiltərə Premyer Liqasının 5-ci turunda West Ham-i məğlub edib – 2:1.



Goal.az xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində London klubu penalti qazanıb.

“Qırmızı şeytanlar”ın qapıçısı David de Xea West Ham-li Mark Noblun penalti zərbəsini dəf edib və komandasının qələbəsində böyük pay sahibi olub.

De Xea 7 ildən sonra Premyer Liqa matçında penalti zərbəsini dəf edib. O, sonuncu dəfə 2014-cü ildə, Everton-la oyunda penalti zamanı “çərçivə”ni toxunulmaz saxlamışdı. İspan qapıçı bu müddət ərzində 21 penalti zərbəsini qaytara bilməyib. (matc)