14/08/2019
14:07
1592
| A A A
Linfield-in baş məşqçisi: "Qarabağ cütün favoritidir"

Şimali İrlandiyanın Linfield klubunun Avropa Liqasının 3-cü təsnifat mərhələsinin Sutjeska (Monteneqro) üzərində qələbədən (3:2) sonra Qarabağ-la "play-off" oynayacağı dəqiqləşib.

Goal.az xəbər verir ki, rəqibin baş məşqçisi Devid Hili Qarabağ-la keçiriləcək görüşləri şərh edib. Hili Ağdam təmsilçisinin cütün favoriti olduğunu bildirib:

“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər.  Oyundan sonra onlara dedim ki, bu gecə qazandıqları qələbəyə biganə yanaşmasınlar. Növbəti rəqibə gəlincə, bilirik ki, Qarabağ favoritdir. Buna tam əminəm. Bizi Çempionlar Liqasının qrup mərhələsinə düşən, Chelsea kimi bir komanda ilə qarşılaşan güclü kollektiv ilə iki çətin oyun gözləyir. Onların Avrokubok təcrübəsi böyükdür. Bununla belə bizi hələ ki, bu oyun yox, qarşıdan gələn çempionat matçı daha çox maraqlandırır”.

Qeyd edək ki, Qarabağ Linfield-lə avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs