24/05/2020
18:33
1558
| A A A
Həbibdən Makqreqora atmaca

İrlandiyalı döyüşçü Konor Makqreqor öz versiyasına əsasən, UFC tarixinin ən güclü dörd döyüşçüsünün adını açıqlayıb.

Goal.az xəbər verir ki, o, birinci yerdə Anderson Silvanı, ikinci yerdə özünü, üçüncü yerdə Jorj Sen-Pyeri, dördüncü yerdə isə Con Consu qeyd edib.

Həbib Nurmaqomedov siyahıda yer almayıb. Dağıstanlı döyüşçü buna cavab olaraq Konora xitabən Tvitterdə yazıb: “Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan.

Heç vaxt UFC və Cage Warriors titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8990 səs