18/11/2019
12:16
1874
| A A A
Lallana PSG-nin hədəfində

Liverpool klubundakı gələcəyi müzakirə olunan Adam Lallana karyerasını Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu PSG-nin transfer hədəfindədir. Paris klubu “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədir. Lallana “Liverpul”la müqaviləni yeniləməyəcəyi halda, yanvardan etibarən istənilən klubla danışıqlar apara bilər. PSG ingiltərəli futbolçunu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, 2014-cü ildən Liverpool-un şərəfini qoruyan Lallana, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 8 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.