18/11/2019
13:15
3107
| A A A
"Qvaridola ilə birlikdə çalışmaq üçün Real Madrid-dən ayrıldım" - Alonso

Xabi Alonso karyerası ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu, 2014-cü ildə Real Madrid-dən Bayern Münich-ə transfer olunmasının səbəbkarının Pep Qvardiola olduğunu bildirib:

“Həmin vaxt Qvaridola ilə birlikdə çalışmaq üçün Real Madrid-dən ayrıldım. Onun sirlərini öyrənmək istəyirdim. Mövsüm uzun dövrdür, amma Pepin bitməyən enerjisi var. Bu, onunla birlikdə çalışan futbolçular üçün əlavə motivasiya olur”.

Qeyd edək ki, 2009-2014-cü illərdə Real-da çıxış edən ispan futbolçu, 2014-cü ildə Münhen təmsilçisinə transfer olunub və 2017-ci ilədək Bayern-ın formasını geyinib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8414 səs