“AVRO-2020-nin qalibi ola biləcək gücdəyik”
Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqu məğlub etdikləri oyundan (2:0) sonra açıqlama verib.
Goal.az xəbər verir ki, Lüksemburqu məlub etməklə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanan Portuqaliya millisinin çalışdırıcısı, bu turnirin qalibi ola biləcəklərini deyib:
“AVRO-2020-nin qalibi ola biləcək gücdəyik, amma heç bir turnirdə favorit olaraq göstərilmirik. Güclü və keyfiyyətli komandamız var. Portuqaliya millisini məğlub etmək asan deyil. 2016-cı ildə keçirilən Avropa çempionatından əvvəl də qalib ola biləcəyimizi demişdim, amma heç kim buna inanmamışdı. Ancaq sonda biz qalib olduq”.