Brügge-nin qapıçısı Simon Minyole Liverpool-dan gedişi haqda açıqlama verib.
Goal.az xəbər verir ki, Minyole öz açıqlamasında Liverpool-da ikinci qapıçı olmaq istəmədiyini bildirib.
"Əgər öz mövqeyim üçün mübarizə aparmaq qabiliyyətində olsa idim, Liverpool-da qalardım. Alissonun zədələnməsini gözləmək ağılsızlıq olardı. Alisson öz qapısına qollar vursa idi belə, o, əsas qapıçı olaraq qalacaqdır. Bundan sonra Liverpool-da qalmağın nə mənası var idi?
Liverpool-u tərk etdiyim üçün peşman deyiləm, çünki vəziyyəti anlayırdım. "Liverpool PL titulu üçün mübarizə aparır, mən isə oranı tərk etdim" - deyə düşünməmişəm. Əlbəttə ki, istəsəydim Liverpool-da qalaraq maaşımı alardım və üstəlik ÇL ilə PL titulum olardı. Amma ikinci qapıçı olan zaman bunların mənası qalmır.
Mənim üçün Brügge-nin əsas qapıçısı olmaq Liverpool-un ehtiyat qapıçısı olmaqdan daha yaxşıdır" - Minyole Het Belang van Limburg nəşrinə müsahibəsində deyib.
Qeyd edək ki, Simon Minyole 2013-2019 illəri ərzində Mersisayd təmsilçisinin heyətində çıxış edib.