18/11/2019
16:20
1762
| A A A
Galatasaray-da ciddi itkilər

Galatasaray ciddi itkilərlə üzləşib.

Goal.az xəbər verir ki, “cim-bom”un iki futbolçusu – Ryan Babel və Fernando Muslera sıradan çıxıb. Hər iki oyunçu milli komandalarının düşərgələrində zədələnib.

Babel Hollandiya, Muslera isə Uruqvay millisinin heyətindən çıxarılıb. Hər iki futbolçunun son durumu Türkiyədə keçiriləcək tibbi müayinədən sonra bilinəcək.