21/10/2019
11:31
2187
| A A A
Qarabağ Neftçi və Kəpəz-in rekordunu qıra bilmədi

Qarabağ-ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun komandası səfərdə Qəbələ ilə görüşdə heç-heçə edib – 1:1. Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb.

Ötən mövsümdə, martın 9-da keçirilən Zirə ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn Qarabağ bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə üçüncüdür. 224 gündən sonra xal itirən ağdamlılar yalnız Kəpəz-lə Turan-dan geri qalır.

Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən Turan-ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. Kəpəz 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.

Qeyd edək ki, ilk yeddi turda xal itirməyən Qarabağ mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. Neftçi-nin 12 (1992) , 10 (1994/95) və 9 (1996/97), həmçinin Şəfa-nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu Neftçi-nin 2000/01, Xəzər Lənkəran-ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40054 səs