21/10/2019
22:37
1147
| A A A
Serbiya millisinə iki oyunluq cəza verildi

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın azarkeşlərinin Avro-2020-nin seçmə mərhələsində Portuqaliyaya doğma meydanda uduzduqları matçda (2:4) irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək.

Bundan başqa, sözügedən görüşdə meydana azarkeş girdiyi və məşəl yandırıldığı üçün Serbiya Futbol Federasiyası 33 min 250 avro məbləğində cərimələnib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39709 səs