12/05/2016
13:55
3065
| A A A
Titulu əldən verən "Ajax"da baş məşqçi istefası

"Ajax" baş məşqçisi Frank de Burla yollarını ayırıb. Goal.az klubun saytına istinadən xəbər verir ki, 2017-ci ilə kimi nəzərdə tutulmuş müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

"Maksimum səy göstərməyimizə rəğmən, titulu qazana bilmədik. Deyəsən, nəyisə dəyişmək vaxtı yetişib. Hesab edirəm ki, bu qərar həm mənə, həm də kluba faydalı olacaq. Gələcəyim barədə heç nə bilmirəm. Uzunmüddətli istirahət götürəcəyimi istisna etmirəm" - 45 yaşlı mütəxəsis qeyd edib.

Amsterdam klubu Erediviziyanın son turuna qədər çempionluğa iddia etsə də, "De Graafschap"la heç-heçə edərək (1:1) ikinci yeri tutdu.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
42797 səs