06/11/2016
16:09
612
| A A A
"Ajax" serbiyalı futbolçunu heyətdən kənarlaşdırıb

"Ajax"ın yarımmüdafiəçisi Nemanya Qudel əas komandadan uzaqlaşdırılıb. Goal.az xəbər verir ki, Peter Boş və məşqçilər korpusu serbiyalı futbolçunun ehtiyatda qalması ilə bağlı narazlığından xoşlanmayıb. Qudel "Celta" ilə Avropa Liqası matçında 78-ci dəqiqədə meydana çıxmış və bundan sonra oyun praktikasının azlığına etiraz etmişdi.

"Bu, məcburi addımdır. Qudelin belə hərəkəti idman prinsiplərinə uyğun deyil. Onunla danışmışam. Növbəti həftə Serbiya millisinin düşərgəsinə yollanacaq. Geri qayıdanda situasiyanı necə həll edəcəyimizi düşünəcəyik" - Amsterdam klubunun idman direktoru Mark Overmars deyib.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
19147 səs