23/04/2017
16:16
2460
| A A A
"Qarabağ"da oynamış futbolçu Hollandiya çempionatında məhsuldar çıxış edir

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros Hollandiya çempionatının son turunda dubl edib. Goal.az xəbər verir ki, “Heracles”in hücumçusu “Zwolle” ilə səfər qarşılaşmasında (2:1) komandasına qələbə qazandırıb. Bununla da cari mövsümdə vurduğu qollarının sayını 18-ə yüksəldən isveçli forvard bombardirlər siyahısına düşüb. O, yalnız “Feyenoord”un hücumçusu Nikolay Yorgensendən (19 qol) geri qalır.

Qeyd edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən 26 yaşlı futbolçu 23 oyuna 7 qol vurub.