16/05/2017
19:33
2147
| A A A
Kasper Dolberq "Kruyff mükafatı"na sahib çıxdı

"Ajax"ın gənc hücumçusu Kasper Dolberq Yohan Kruyff adına mükafata layiq görülüb. Goal.az xəbər verir ki, danimarkalı hücumçu Erediviziyada mövsümün ən istedadlı gənc futbolçusu seçilib. Bu mükafat 1984-cü ildən 21 yaşından aşağı futbolçulara təqdim olunur. 2003-cü ildə ona Kruyffun adı verilmişdi. Dolberq bu mövsüm Hollandiya çempionatında 29 oyuna 16 qol vurub. 19 yaşlı forvard Amsterdam klubunun Avropa Liqası finalına vəsiqə qazanmasında da böyük pay sahibidir.