03/10/2017
12:48
2521
| A A A
Van der Saar vəzifəsindən getdi

"Ajax"ın direktoru Edvin van der Saar klubun idarə heyətindən istefa verib. Goal.az xəbər verir ki, artıq həftəlik toplantıları Amsterdam klubunun idman direktoru Mark Overmars aparacaq. O, həmçinin "Ajax"ın transfer siyasətinə görə məsuliyyət daşıyır. Dennis Berqkamp və Said Ualli də klubun İdarə heyətinə daxildir. Berqkamp gənc futbolçuların əsas komandaya keçirilməsinə cavabdehdir. Ualli isə "Ajax"ın futbol akademiyasına rəhbərlik edir.