28/12/2017
16:44
2744
| A A A
"Ajax"ın yeni baş məşqçisi məlumdur

"Ajax"ın yeni baş məşqçisi Erik ten Haq olacaq. Goal.az xəbər verir ki, 47 yaşlı mütəxəsisi "Utrecht"də çalışır. Onun klubla müqaviləsi 2020-ci ildə başa çatır. Ten Haq Amsterdam klubu ilə 2.5 illik müqavilə imzalayacaq. Onun "Ajax"da köməkçilərindən biri Alfred Sxreder ola bilər. Bunun üçün klubun idman direktoru Mark Overmars "Hoffenheim"la razılığa gəlməlidir. 2016-cı ildə Ten Haq Hollandiyanın ən yaxşı baş məşqçisi kimi Rinus Mixels mükafatına layiq görülmüşdü.