11/03/2018
11:28
3387
| A A A
"PSV Eindhoven" üçün 54 il öncəki tarix təkrarlandı

Hollandiya Erediviziyasının 27-ci turu lider PSV-nin darmadağın olunması ilə yadda qalıb. Səfərdə "Willem II" ilə qarşılaşan Eyndhoven klubu 5 cavabsız qolla uduzub. Goal.az xəbər verir ki, bu, 1964-cü ildən sonra PSV-nin milli çempionatda ən böyükhesablı məğlubiyyətidir. 54 il öncə "Ajax" prinsipial rəqibini eyni hesabla məyus etmişdi. Məğlubiyyətə baxmayaraq, PSV liderliyini davam etdirir. Eyndhoven təmsilçisi 2017-ci təqvim ilində bütün ev oyunlarında qalib gəlməklə rekorda imza atmışdı.