12/03/2018
15:22
2769
| A A A
Almaniya millisinin üzvü "Ajax"ın əvəzedici komandasına göndərilib

"Ajax" klubu Almaniya millisinin üzvü Amin Yunesi cəzalandırıb. Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2 həftə müddətinə əvəzedici komandaya göndərilib. Bunun səbəbi Yunesin Hollandiya Erediviziyasının 27-ci turunda "Heerenveen"lə matçda (4:1) meydana çıxmaqdan imtina etməsidir. Amsterdam klubunun baş məşqçisi Erik ten Hak onu qarşılaşmanın sonlarında meydana buraxmaq istəsə də, Yunes onun göstərişinə əməl etməmişdi. Bu mövsüm Erediviziyada 13 oyun keçirən Yunes 1 qol vurub.