06/04/2018
18:52
5604
| A A A
Dirk Kuyt məşqçilik karyerasına başladı

Hollandiya millisinin sabiq futbolçusu Dirk Kuyt məşqçilik karyerasına başlayıb. Goal.az xəbər verir ki, 37 yaşlı mütəxəsis "Feyenoord"un U-19 komandasına rəhbərlik edəcək. Bu barədə Rotterdam klubunun rəsmi saytı məlumat yayıb. Kuyt məşqçilik lisenziyası almaq üçün kurslara yazılıb. Lisenziya alandan sonra Kuyt "Feyenoord"un əvəzedici komandasının sükanı arxasına keçəcək.

O, futbolçu karyerası ərzində "Liverpool" və "Fenerbahçe"nin də şərəfini qoruyub. Hollandiya millisində 105 oyuna çıxan yarımmüdafiəçi 24 qol vurmuşdu.