16/04/2018
15:04
1485
| A A A
"Ajax" azarkeşləri klub rəsmiləri ilə hesablaşmağa çalışıb

Hollandiya Erediviziyasının 31-ci turunda "PSV Eindhoven"in qonağı olan "Ajax" 3 cavabsız qolla qalib gələrək çempionluğu rəsmiləşdirib. Amsterdam klubunun azarkeşləri komandanın bu yenilgisindən, təbii olaraq hiddətlənib. Təxminən 150 azarkeşdən ibarət olan qrup futbolçuları daşıyan avtobusu saxlayıb klub rəsmiləri ilə haqq-hesab çəkməyə çalışıblar. Bundan sonra futbolçular, baş məşqçi Erik ten Haq və direktor Edvin van der Saar avtobusdan düşüb. Azarkeşlər bu mövsüm alınan nəticələrdə Van der Saarı ittiham edib. Fanatlarla qısa söhbətdən sonra avtobus yoluna davam edib.