05/08/2018
12:30
2147
| A A A
Hollandiya Superkubokunun qalibi müəyyənləşib

Hollandiya Super Kubokunun qalibi müəyyənləşib. Goal.az  xəbər verir ki, həlledici oyunda Hollandiya çempionatının son qalibi PSV ilə ölkə kubokunun sahibi Feyenoord qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtında tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 0:0. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan Feyenoord 6:5 hesabıyla qalib gələrək Super Kuboku başı üzərinə qaldırıb.

Rotterdam təmsilçisi tarixində 4-cü dəfə belə bir uğura imza atıb. Sözügedən klub daha öncə 1991, 1999 və 2017-ci illərdə Super Kuboka sahib çıxmışdı. Feyenoord bu baxımdan yalnız Ajax (8 dəfə) və PSV-dən (11) geri qalır.