12/09/2018
12:30
1577
| A A A
Dik Advokaatın yeni iş yeri müəyyənləşib

Hollandiyalı mütəxəssis Dik Advokatın yeni iş yeri məlum olub. Goal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis məşqçi karyerasını ölkəsində davam etdirəcək. O, Erediviziya təmsilçisi Utrecht-lə anlaşıb. Hollandiyalı məşqçi 16 sentyabrda Emmen-lə keçiriləcək oyundan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Məşqçi karyerası ərzində PSV, Ragers, Zenit, Borussia (Münhenqladbax), Fenerbahçe kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya kimi millilərin də “sükanı arxasında” olub. O, son olaraq Hollandiyanın Sparta klubunda baş məşqçi kimi çalışıb.