05/02/2019
13:45
3055
| A A A
Dik Advokat ilk klubuna qayıdır

Utrecht-in baş məşqçisi Dik Advokat komandasını dəyişməyə hazırlaşır.

Goal.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Feyenoord-un "sükanı arxası"na keçəcək.

Çünki Feyenoord rəhbərliyi baş məşqçi Covanni van Bronxorstla yollarını ayıracaq. Van Bronxorst yerli mətbuata açıqlamasında mövsümün sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini söyləyib. Rotterdamlılar da onu məhz Advokatla əvəz edəcək. Advokatın köməkçilərindən biri isə Dirk Kuyt olacaq. Klub rəhbərliyi gələcəkdə baş məşqçi rolunda məhz Kuytu görür. Lakin o, hələ ki, əsas komandaya rəhbərlik etmək üçün tələb olunan lisenziyaya malik deyil.

Qeyd edək ki, Dik Advokat baş məşqçi kimi 22 iş yeri dəyişsə də, ilk dəfə Feyenoord-a rəhbərlik edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27224 səs