08/02/2019
17:21
1483
| A A A
Advokat Feyenoord-dan imtina etdi

Utrecht-in baş məşqçisi Dik Advokat Feyenoord-dan aldığı təklifi geri çevirib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssisin Rotterdam təmsilçisinin çalışdırıcısı Covanni van Bronkxorstu əvəzləyəcəyi deyilirdi.

“Klub rəhbərliyi ilə görüşdüm. Müzakirələr apardıq. Amma danışıqları davam etdirmək istəmədim. Feyenoord kimi klubdan təkif almaq qürurvericidir. Lakin təyinatım ətrafında o qədər neqativ atmosfer yarandı ki, həvəsdən düşdüm. Bəziləri bu təyinata narazılıq edir. Mənə belə bir mühitdə işləmək lazım deyil”, - 71 yaşlı çalışdırıcı deyib. Feyenoord 20 turdan sonra Hollandiya çempionatında 3-cü yerdədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14631 səs