28/07/2019
10:38
4464
| A A A
Ajax-dan növbəti titul

Niderland Superkuboku matçında Ajax PSV-ni 2:0 hesabı ilə məğlub edib.

Goal.az xəbər verir ki, oyun Amsterdamın Yohan Kruiff Arena stadionunda baş tutub.

Qarşılaşmada hesab birinci dəqiqədə açılıb. Kasper Dolberq meydan sahiblərini hesabda irəli çıxarıb. Oyunun 53-cü dəqiqəsində Deyli Blind komandasının üstünlüyünü iki topa çatdırıb.

Ajax cari mövsümdə ölkə çempionatı və Kubokunun qalibi olub.

Niderland Superkuboku. Final

Ajax - PSV Eindhoven - 2:0

Qollar: 1:0 – Dolberq – 1, 2:0 – Blind – 53

money.az currency