21/11/2019
21:42
2071
| A A A
İrqçiliyə görə 1 dəqiqə susacaqlar

Niderland Futbol Federasiyası ölkə futbolunda irqçiliyi aradan qaldırmaq üçün maraqlı addım atıb.

Goal xəbər verir ki, həftəsonu yerli çempionatın bütün oyunları 1 dəqiqəlik dayandırılacaq. Bu aksiyanın məqsədi irqçilik problemlərinə diqqət çəkməkdir.

Son olaraq Niderland 2-ci Liqasının “Den Boş” – “Ekselsior” matçında qonaq komandanın futbolçusu Əhməd Moreyraya qarşı yerli azarkeşlər irqçi davranmış və oyun dayandırılmışdı. (komanda.az)