26/11/2019
20:56
2937
| A A A
Van Basten cəzalandırıldı

Niderland futbolunun əfsanələrindən olan Marko van Basten çalışdığı “Fox Sports” kanalından bir həftəlik uzaqlaşdırılıb.

Goal.az xəbər verir ki, buna veteran futbolçunun canlı yayımda nasist salamı verməsi səbəb olub.

Onun maaşının bir qismi kəsiləcək və ikinci dünya müharibəsi ilə bağlı fəaliyyət göstərən hərbi sənədlər insitutuna ödəniləcək.

55 yaşlı sabiq hücumçu Erediviziyanın Ajax – Heracles matçından sonra qonaqların baş məşqçisi Frank Vormutun alman dilində verdiyi müsahibəni efirdə nasist salamı anlamına gələn sözlə ifadə edib. Van Basten bunu zarafatla etdiyini deyib və üzr istəyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8824 səs