Niderland-da bütün görüşlər təxirə salındı
Niderland çempionatında XXII turun bu günə planlaşdırılan bütün görüşləri qeyri-müəyyən müddətə təxirə salınıb.
Goal.az-ın xəbərinə görə, səbəb kimi Kyara fırtınası göstərilib.
Utrecht - Ajax, AZ Alkmaar - Feyenoord, Sparta - ADO Den Haag və Emmen - Twente görüşlərinin yeni tarixi hələ müəyyənləşməyib.
Hazırda Erediviziyada turnir cədvəlinə 21 oyundan 50 xalla Ajax başçılıq edir. İlk "3-lüy"ə AZ Alkmaar (47) və Feyenoord (40) da daxildir.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR