26/03/2020
12:58
824
| A A A
Niderland klubunun prezidenti koronavirusdan öldü

Vitesse-in sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

Goal.az xəbər verir ki, ölümün səbəbi koronavirus pandemiyası olub.

Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub.

Qeyd edək ki, Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə Vitesse-in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb.