31/03/2020
13:37
1015
| A A A
Ajax-ın futbolçusu üzr istədi

Ajax-ın futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.

Goal.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu şəxsi Instagram səhifəsində yazıb.

O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5128 səs