08/04/2020
15:31
1813
| A A A
Erediviziyanın bərpa tarixi məlum oldu

Niderland Kral Futbol İttifaqı (KNVB) 2019/2020 mövsümünü başa çatdırmaq niyyətindədir.

Goal.az xəbər verir ki, qurum koronavirus pandemiyası fonunda Erediviziyanı iyunun 19-da bərpa etməyi planlaşdırır. Matçların bir hissəsinin azarkeşsiz keçirilməsi variantı var. KNVB-nin Niderland hökumətinin bütün tapşırıqlarına əməl edəcəyi bildirilir.

Niderland Kuboku uğrunda matçın isə mümkün qədər gec təşkili nəzərdə tutulub. Bu, matçın azarkeşlə keçirilməsi şanslarının daha çox olması üçündür. Böyük ehtimalla, pley-off bir oyundan ibarət olacaq. Təqvim plan üzrə gerçəkləşsə, növbəti çempionat dekabrın 21-də başlayacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs