72 yaşlı baş məşqçi yeni müqavilə bağladı
Feyenoord baş məşqçisi Dik Advokatla müqaviləni yeniləyib.
Goal.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
72 yaşlı mütəxəssisin sözləşməsi 2021-ci ilin yayına qədər uzadılıb. Advokat 2019-cu ilin oktyabr ayından Feyenoord-u çalışdırır. Onun komandası Erediviziyada 25 turdan sonra 50 xalla 3-cü sırada qərarlaşıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR