08/05/2020
16:49
1632
| A A A
Niderland klubunda baş məşqçi ayrılığı

Twente baş məşqçisi Qonsalo Qarsiya ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, klub, 37 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qarsiya və köməkçiləri ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə yenilənməyəcək.

Qarsiya keçən ilin mayından Twente-ni çalışdırırdı. Komanda cari mövsümdə koronavirus pandemiyası səbəbiylə erkən tamamlanan çempionatı 14-cü yerdə bitirib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs