14/12/2020
16:22
2303
| A A A
Ajax futbolçusunun saxlanılmasına münasibət bildirdi

Ajax klubunun futbolçusu Quinsi Promes saxlanılıb.

Goal.az xəbər verir ki, bu barədə "Fox Sports"a Amsterdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub mövzu ilə bağlı danışmağın tez olduğunu bildirib: "Bir hadisədə günahlandırılırsınızsa, bu, onu etdiyiniz anlamına gəlmir".

Qeyd edək ki, Quinsi Promes Niderlandda ailə üzvlərindən birinə bıçaqla xəsarət yetirməkdə ittiham edilir. 28 yaşlı hücumçunun iyul ayında mübahisə zamanı ailə üzvünü yaraladığı ehtimal edilir.(report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs