03/02/2021
10:48
1111
| A A A
Kuyt klubsuz qaldı

Dirk Kuyt Feyenoord-dan ayrılıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, o, Niderland təmsilçisində məşqçi vəzifəsindən ayrılıb.

“Hər kəs Feyenoord-un mənim üçün nə demək olduğunu bilir. Son illərdə bu klubda çox təcrübə qazandım. Yollarımızın yenidən kəsişəcəyini bilirəm, amma indi başqa bir yerdə yolumu davam etdirməyimin vacib olduğunu düşünürəm. Mən hisslərimin arxası ilə gedirəm" - deyə sabiq futbolçu klubun saytına açıqlamasında bildirib.

Qeyd edək ki, Kuyt 2018-ci ildən Feyenoord-da işləyirdi. O, futbolçu kimi 2003-2006 və 2015-2017 illərdə bu klubda oynayıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs