Ajax-ın qapıçısına bir illik cəza
Ajax-ın əsas qapıçısı Andre Onanaya 12 aylıq cəza verilib.
Goal.az xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.
Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir və həm milli, həm də klub yarışları üçün keçərlidir.
Qeyd edək ki, Andre Onana 2016-cı ildən Ajax-da çıxış edir.