Ajax-da yeni müqavilə
Ajax kapitanı Duşan Tadiçlə müqavilə uzadıb.
Goal.az xəbər verir ki, serbiyalı futbolçunun yeni sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir.
33 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Serbiya millisinin üzvü 2018-ci ildən Ajax-da çıxış edir.