07/10/2021
22:35
2259
| A A A
Ajax-da şok itki

Ajax-ın heyətində ciddi itki baş verib.

Goal.az xəbər verir ki, Amsterdam təmsilçisinin qapıçısı Marten Stekelenburq sıradan çıxıb. 39 yaşlı qolkiper bud əzələsindən əməliyyat olunacaq və o, bu mövsümün qalan oyunlarını buraxacaq.

Qeyd edək ki, Ajax-ın digər qapıçısı Andre Onana dopinqə görə aldığı cəza noyabr ayında bitəcək.