19/12/2021
16:47
3726
| A A A
Tadiç Messini keçdi

Ajax-ın kapitanı Duşan Tadiç yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, serbiyalı hücumçunun rekordu Niderland çempionatının 16-cı turunda AZ Alkmaar-la görüşdə (2:1) qeydə alınıb. 33 yaşlı futbolçu bu oyunda il ərzində 37-ci qol ötürməsini edib.

Tadiç bununla da il ərzində ən çox qol ötürməsi edən futbolçu olub. O, bu göstəricidə PSG-nin futbolçusu Lionel Messini qabaqlayıb. Messi Barcelona-da çıxış etdiyi vaxt - 2011-ci ildə 36 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI