12/02/2022
12:48
1480
| A A A
Ajax-da daha bir təcavüz qalmaqalı

Ajax-ın futbolçusu Donni Varmerdam cinsi təcavüzdə ittiham olunur.

Goal.az xəbər verir ki, bu barədə niderlandlı jurnalist Dennis Şuten məlumat yayıb. O, Donninin 18 yaşlı qıza cinsi zorakılıq etdiyini bildirib:

“Qız mənə 6 ay əvvəl bir partidə Donni tərəfindən cinsi zorakılığa məruz qaldığını dedi. O, vəziyyəti polisə izah edib və həqiqəti ortaya çıxarmaq üçün məhkəmədən vaxt alıb. 6 ay əvvəl bir partidə onlar əvvəlcə öpüşüblər və sonra ikinci mərtəbəyə qalxıblar. Qız daha artıq bir şey istəmədiyini deməsinə baxmayaraq, Donni buna məhəl qoymayıb və qıza təcavüz edib. Şəkillərə baxanda Donninin qızın şalvarını cırıq-cırıq etdiyini gördüm”.

Donni Varmerdam Ajax-ın B komandasında çıxış edir.

Niderland klubunda bir müddət əvvəl idman direktoru Mark Overmars qadın həmkarlarına qeyri-etik mesajlar yazdığı üçün vəzifəsindən göndərilmişdi.(matc)