26/03/2022
14:20
1267
| A A A
Dik Advokatın yeni klubu müəyyənləşdi

Niderlandlı məşqçi Dik Advokatın yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, 74 yaşlı mütəxəssis bundan sonra Utrecht-də çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Advokat komandanın baş məşqçisi Rik Kryusun məsləhətçisi olacaq.

Advokat məşqçilik karyerası ərzində İraq, Niderland, Rusiya, Serbiya, Belçika yığmalarını, PSV, Rangers, Fenerbahçe, Feyenoord kimi komandaları çalışdırıb.