31/03/2022
10:28
770
| A A A
PSV-də yeni çalışdırıcı

Niderlandın PSV komandasının yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, sözügedən komandanı qarşıdakı mövsümdən etibarən Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy çalışdıracaq.

46 yaşlı mütəxəssis Eyndhoven təmsilçisi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

O, cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Nistelroy bu vəzifədə Rocer Şmitdi əvəzləyəcək.