Niderland çempionu müəyyənləşdi
Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Goal.az xəbər verir ki, 33-cü turda evdə Hereenven-i 5:0 hesabı ilə darmadağın edən Ajax vaxtından əvvəl qızıl medallara sahib çıxıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnib.
Qeyd edək ki, PSV (78 xal) gümüş, Feyenoord (71 xal) isə bürünc medalların sahibi olub.