Ajax-ın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
Ajax yeni baş məşqçisinin adını açıqlayıb.
Goal.az xəbər verir ki, Amsterdam təmsilçisini hazırda Brügge-nin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.
49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə yeni mövsümdən Manchester United-i çalışdıracaq Erik ten Haqı əvəzləyib.
Xatırladaq ki, Ajax ötən gün Erediviziyada çempionluğunu rəsmiləşdirib.